Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır
# 19 sentyabr 2016 10:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bakı və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.   

 

Havanın temperaturunun gecə yarımadada 17-20° isti, gündüz 26-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. 

 

Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% təşkil edəcək.          

 

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

 

Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR