Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan Səudiyyə Ərəbistanı və İran arasında gərginliyin sülh yolu ilə həll olunmasının tərəfdarıdır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vitse-spiker Ziyafət Əsgərov söyləyib. Z. Əsgərov deyib ki, hər iki ölkə Azərbaycanla dostdur: “Dünyada gərginliyin artması fonunda əlavə gərginlik arzulamazdıq. Ona görə də çox istərdik ki, Səudiyyə Ərəbistanı və İran arasında danışıqlar aparılsın, münasibətlər yoluna düşsün”.