BMT-də Azərbaycanın və VII Qlobal Forumun təqdimatı keçirilib

BMT-də Azərbaycanın və VII Qlobal Forumun təqdimatı keçirilib
# 19 yanvar 2016 09:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. BMT baş qərargahında Azərbaycanın və 7-ci Qlobal Forumun təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə BMT-yə və Sivilizasiyalar alyansının dostluq qrupuna daxil olan ölkələrin rəsmiləri iştirak edib.

Nazirlikdən bildiriblər ki, iclasda Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun proqramı, rəsmi internet səhifəsi və təşkilatı məsələlər müzakirə edilib.

İclasda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abduləziz əl Nassir bildirib ki, hazırda ekstermizimin qarşısının alınması və müxtəlif mədəniyyətlər, dinlərin təmsilçiləri arasında dialoq və sülhün möhkəmləndirilməsi üçün BMT-yə üzv olan ölkələr öz səylərini daha da artırmalıdır. O, BMT Sivilizasiyalar Alyansına dəstəyə görə Azərbaycan dövlətinə və prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə foruma hazırlığın vəziyyəti, internet portalından istifadə qaydaları, Azərbaycanın müasir mədəniyyətlərarası proseslərdə rolu barədə çıxış edərək iştirakçılara ətraflı məlumat təqdim edib.

Tədbirdə mədəniyyət və turizm naziri, 7-ci Qlobal Forumun təşkilat komitəsinin sədri Əbülfəs Qarayevin videomüraciəti və Azərbaycan haqqında təqdimat filmi də nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR