Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər nazirini qəbul edib

   Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər nazirini qəbul edib
# 09 mart 2016 15:09 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və İtaliya arasındakı münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə olunub. İtaliyanın Avropa İttifaqında Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biri olması xüsusilə qeyd edilib. Avropanın alternativ mənbələr əsasında enerji təhlükəsizliyinin təmin olunması və region ölkələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində TANAP və TAP layihələrinin kəsb etdiyi əhəmiyyət vurğulanıb.

F. Frattini Azərbaycanın regionda əhəmiyyətli rol oynadığını, uğurlu və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü söyləyib.

E. Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişənin həlli prosesi və münaqişənin həll olunmamasının regional sülh və təhlükəsizlik üçün yaratdığı təhlükələr barədə məlumat verib. O əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR