Türkiyə daxili işlər nazirinin katibinin FETÖ üzvü olduğu üzə çıxıb

Türkiyə daxili işlər nazirinin katibinin FETÖ üzvü olduğu üzə çıxıb
# 23 avqust 2016 16:59 (UTC +04:00)

Bakı-APA. Türkiyə daxili işlər naziri Əfqan Alanın katiblərindən birinin Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olduğu ortaya çıxıb.

APA-nın “Milliyet’ qəzetinə istinadən verdiyi məlumata görə, FETÖ-yə qarşı mübarizədə ən qətiyyətli nazirlər arasında yer alan Ə. Alanın katiblərindən Filiz Güner FETÖ üzvü olması şübhəsi ilə əlaqədar istintaqa cəlb edilib.

Xatırladaq ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı FETÖ üzvlərinin cib telefonu üzərindən bir-birləri ilə əlaqə qurmaq üçün istifadə etdikləri "ByLock" sisteminin şifrələrini qırıb. Bu sistemdən istifadə edən 53 min nəfər arasında müxtəlif dövlət qurumlarında çalışan şəxslərin olduğu üzə çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR