Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7% artaraq 36 mlrd. 635,8 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3 804,5 manat təşkil edərək ötən ilə nisbətən 7,5% artıb.
Bu dövr ərzində gəlirlərin 78,9%-i son istehlak xərclərinə, 9,1%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,4%-i isə yığıma yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlər 33,308 mlrd. manat olub.