Azərbaycanın müdafiə naziri ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru ilə görüşüb

Azərbaycanın müdafiə naziri ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru ilə görüşüb
# 13 yanvar 2016 14:36 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 13-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti, hərbi təhsil, treninq və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olunub.

İkitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan nazir Azərbaycanı narahat edən problemli məsələləri qonağın diqqətinə çatdırıb, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR