Azərbaycanlı məktəblilər beynəlxalq kimya olimpiadasında yüksək nəticə göstərib

Azərbaycanlı məktəblilər beynəlxalq kimya olimpiadasında yüksək nəticə göstərib
# 01 avqust 2016 13:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Gürcüstanın paytaxtı Tbilisi şəhərində məktəblilərin 48-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 23 iyul–1 avqust tarixlərində keçirilən mötəbər elm yarışmasında hər il olduğu kimi, azərbaycanlı məktəblilər də iştirak edib. Azərbaycanı təmsil edən komanda (4 şagird və 2 nəfər rəhbər) yüksək uğura imza atıb.

Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın 11-ci sinif şagirdi Məmmədov Ruslan Xanlar oğlu gümüş, həmin məktəbin 10-cu sinif şagirdi Mirişov Nəriman İrahid oğlu, Şirvan şəhəri 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin 11-ci sinif şagirdi Babayev Hüseyn İlqar oğlu və Bakı şəhəri akademik Zəifə Əliyeva adına liseyin eksperimental pilot sinfinin şagirdi Babazadə Ramil Tərlan oğlu bürünc medala layiq görülüblər.

Nəzəri və praktiki turdan ibarət olan kimya olimpiadası 48-ci dəfədir ki, fərqli ölkələrdə keçirilir və dünyanın gənc kimyaçılarının aşkar olunmasında böyük rol oynayır. Bu il olimpiadaya dünyanın 80 ölkəsindən 300-dən çox şagird qatılıb.

Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçirilib. Həmin olimpiadada şagirdlər 2 bürünc medal qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR