MN Naxçıvanda hərbçinin ölməsi barədə xəbərlərə münasibət bildirib

MN Naxçıvanda hərbçinin ölməsi barədə xəbərlərə münasibət bildirib
# 31 avqust 2016 07:39 (UTC +04:00)

Bakı-APA. “Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil”.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, hazırda araşdırma aparılır.

Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, Silahlı Qüvvələr haqqında yoxlanılmamış və rəsmi təsdiq edilməmiş məlumatların verilməsi qəbuledilməzdir.

Qeyd edək ki, bəzi KİV-də Naxçıvandakı N saylı hərbi hissənin əsgəri, Şəmkir rayon Tatarkənd sakini, 1997-ci il təvəllüdlü Qəmbərov Vüsal Razim oğlunun ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olduğu barədə məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR