Hacıqabulda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb

Hacıqabulda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb
# 10 yanvar 2016 00:59 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində, gecə saat 3.00 radələrində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ağayeva Zümrüd Fərhad qızı hamamda dəm qazından boğularaq ölüb.

Ölüm faktı Hacıqabul rayon təcili yardım stansiyasının həkimləri tərəfindən təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR