Daxili İşlər Nazirliyi Lənkəranda ahıl ər-arvadın ölümü ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 22-də Lənkəran şəhəri ərazisində 79 yaşlı Aydın Allahverdiyevin və arvadı 73 yaşlı Azadənin baş nahiyələrində küt alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri yaşadıqları "Şəhidlər xiyabanı" küçəsindəki evlərində tapılıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.