Gəncə. Azər Məmmədli – APA. Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Bu barədə məlumatı APA-ya İdarədən veriblər. Məlumata görə Kəpəz rayon Polis İdarəsinin rəisi işləyən polis polkovniki Ağahüseyn Məmmədov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilib.
Qeyd edək ki, 2011-ci ildən Kəpəz rayon Polis İdarəsinin rəisi işləyən A.Məmmədov ondan əvvəl Gəncənin Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.