Davudoğlu: "Ankaradakı terror aktının istintaqı çərçivəsində 22 nəfər saxlanılıb"

Davudoğlu: "Ankaradakı terror aktının istintaqı çərçivəsində 22 nəfər saxlanılıb"
# 20 fevral 2016 22:25 (UTC +04:00)

Bakı-APA. Türkiyə polisi Ankarada fevralın 17-də törədilmiş terror aktının istintaqı çərçivəsində 22 nəfər saxlayıb. APA-nın məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Ankaradakı terror aktının istintaqı çərçivəsində, ümumilikdə, bu günədək 22 nəfər saxlanılıb. Araşdırmalar zamanı mütəşəkkil qruplaşma, həmçinin YPG və PKK arasındakı bağlılıq dəqiq müəyyənləşdirilib. Müqəssirlərin hamısı müəyyənləşdirilib, əsas şübhəlilərin YPG ilə əlaqəli olduğu təsdiqlənib”, - deyə Davudoğlu bildirib.

Onun sözlərinə görə, terror akrı ilə əlaqəli olan şəxslərin müəyyən edilərək saxlanılmasına ölkədə yaradılan əl izləri bazası kömək edib.

Onun sözlərinə görə, terror aktını həyata keçirən şəxs 1,5 il əvvəl ölkəyə gəlib: “O bundan əvvəl hər-hansı bir cinayət məsuliyyətinə cəlb olunmayıb, əks təqdirdə o ölkəyə daxil ola bilməzdi. Terrorçular cinayət məsuliyyətinə cəlb olunmayan şəxsləri istifadə edirlər, çünki bu cür şəxsləri müəyyənləşdirmək çox çətindir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR