Səfir: “Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın aparıcı tərəfdaşlarından biridir”

Səfir: “Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın aparıcı tərəfdaşlarından biridir”
# 10 fevral 2016 02:35 (UTC +04:00)

Bakı-APA. “Rusiyanın Azərbaycanla münasibətlərinin əhəmiyyətliliyi ondan ibarətdir ki, onları qabaqcadan proqnozlaşdırmaq mümkündür”. APA-nın xəbərinə görə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bunu “Komsomolskaya pravda” nəşrinə müsahibəsində bildirib. Səfir qeyd edib ki, Rusiya cənub sərhədlərinin Azərbaycanın yerləşdiyi hissəsinin təhlükəsizliyinə görə arxayın ola bilər: “Burada bizim üçün gözlənilməz xoşagəlməz hadisə baş verməyəcək. Hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə bu çox vacibdir”.

“Bizim ölkələr arasında çox yaxşı əmtəə dövriyyəsi mövcuddur. Xüsusilə, əsas əməkdaşlığımız heçdə neft sahəsində formalaşmayıb. Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın aparıcı tərəfdaşlarından biridir. Əsasını Azərbaycanda rus dilinə yaxşı münasibətin təşkil etdiyi birgə unikal humanitar proqramları xüsusilə qeyd etmək istərdim”, deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR