Bu ilin aprel ayında SOCAR Ceyhan limanından 1 mln. 467 min 117 ton xam neft ixrac edib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 31,82% çoxdur.
"APA-Economics" SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, cari ilin mart ayı ilə müqayisədə isə SOCAR Ceyhan limanından neft ixracını 23,76% çoxdur.
Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində Ceyhan limanından 5 mln. 374 min 87 ton xam neft ixrac edilib ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 6,40% azdır.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.