“Azercell” yeni kampaniyaya start verir

“Azercell” yeni kampaniyaya start verir
# 09 mart 2016 14:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azercell” Novruz bayramı ərəfəsində abunəçiləri üçün yeni kampaniyaya başlayıb.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, 7 mart tarixindən etibarən fiziki statusa malik olan bütün fakturalı xətt abunəçiləri xüsusi “Bahar” kampaniyasından yararlana biləcəklər.

Kampaniya çərçivəsində bütün mövcud və “Azercell” şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri, “Azercell” diler şəbəkələrindən və “Azercell” ekspress ofislərindən güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz zəng” və ya “Hədsiz internet” tariflərinə qoşulub “iPhone 6s” (16 GB) və “iPhone 6s” (64 GB) əldə edə bilərlər. Abunəçi kampaniyaya çərçivəsində “iPhone 6s” (16 GB) və “iPhone 6s” (64 GB) telefonları əldə etdikdə, 12/24 faktura dövrü ərzində müvafiq olaraq aylıq abunə haqqı ödəməli olacaq.

Nəzərinizə çatdıraq ki, kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz zəng” və “Hədsiz internet” tarif paketləri növbəti gündən aktivləşdirilir. “Hədsiz zəng” tarif paketinə qoşulan abunəçilərə bu kampaniyaya qoşulma müqabilində ilk 2 faktura dövrü ərzində 1GB aylıq internet paketi müştəri tərəfindən sifariş etdikdə 2 dəfə pulsuz təqdim olunacaq. Onu da qeyd edək ki, bu tariflərə qoşulmaqla abunəçilər paket daxilində xüsusi bonus və endirimlər alırlar. Abunəçi kampaniyaya yalnız öz nömrəsi ilə qoşula bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən AZEX/MX ofislərinə müraciət edə bilər.

“Azercell” bu bahar 4,5 milyonluq abunəçi ailəsini yeni kampaniyalar və xidmətlər ilə sevindirməkdə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR