Bu ilin 9 ayında “Azəri-Çıraq-Günəşli” yatağından gündəlik 644 min barel neft çıxarılıb

Bu ilin 9 ayında “Azəri-Çıraq-Günəşli” yatağından gündəlik 644 min barel neft çıxarılıb
# 18 noyabr 2016 10:27 (UTC +04:00)

Bu ilin üçüncü rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Yatağın operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, doqquz ay ərzində AÇG-dən ümumi hasilat - “Çıraq” (53 000), “Mərkəzi Azəri” (149 000), “Qərbi Azəri” (116 000), “Şərqi Azəri” (74 000), “Dərinsulu Günəşli” (127 000) və “Qərbi Çıraq” (125 000) platformalarından birlikdə – gündə orta hesabla 644 000 barel və ya ümumilikdə 176 mln. bareldən artıq, yəni 24 mln. ton təşkil edib.

Xatırladaq ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq sentyabr ayında “Dərinsulu Günəşli” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib. Plana əsasən “Dərinsulu Günəşli” platformasından hasilat sentyabr ayında 11 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.

Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda idi. Bu quyulardan 5-i BP-nin dünyadakı 10 ən məhsuldar quyusunun sırasındadır. Bu siyahıda “Şahdəniz”in də 3 hasilat quyusu var.

Bu ilin ilk üç rübü ərzində AÇG-də 13 neft hasilat quyusu, 4 suvurma quyusu və 1 qaz injektor quyusu qazılıb.

Bu ilin ilk üç rübündə AÇG layihəsinə təqribən 378 mln. dollar əməliyyat məsrəfləri və 1,12 mlrd. dollar əsaslı məsrəflər xərclənib.

Qeyd edək ki, AÇG-də iştirak payları BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videch Limited” (OVL) (2,7%) malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR