Ən yaxşı məşqçi adına namizədlər bəlli olub

Ən yaxşı məşqçi adına namizədlər bəlli olub
# 02 noyabr 2016 14:45 (UTC +04:00)

2016-cı ilin ən yaxşı məşqçisi adına namizədlər bəlli olub. Apasport.az saytı xəbər verir ki, bu ildən “France Football” nəşri ilə əməkdaşlığa son verən FİFA yekun “onluğ”u açıqlayıb.

Kişi məşqçilər arasında ən yaxşı adına namizədlərin “onluğ”unda 3 yığma, 7 klub məşqçisi çalışdırıcısı var:

Kris Koulmen (Uels yığması), Didye Deşam (Fransa yığması), Fernando Santuş (Portuqaliya yığması),

Xosep Qvardiola (“Bavariya”/“Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), Luis Enrike (“Barselona”), Maurisio Poçettino (“Tottenhem”), Klaudio Ranyeri (“Lester”), Dieqo Simeone (“Atletiko”) və Zinəddin Zidan (“Real”).

İlin ən yaxşı məşqçisinin adı səsvermə nəticəsində bəlli olacaq. Səslərin 50 faizi milli komandaların kapitanları və çalışdırıcılarının seçiminə əsasən müəyyənləşəcək. Qalan 50 faiz səslər isə azarkeşlər arasında onlayn keçirilən seçim prosesindən toplanılacaq.

Qeyd edək ki, ilin ən yaxşı məşqçisi seçiləcək şəxsə mükafat yanvarın 9-da təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR