Rusiyanın Oryol vilayətində ağır yol qəzası baş verib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə Oryol-Bryansk avtomagistralında qeydə alınıb.
Minik və yük avtomobillərinin toqquşması nəticəsində Oryol vilayətinin Uritsk rayon sakinləri olan 2 qadın və 3 kişi ölüb. Ağır xəsarətlər alan yük avtomobilinin sürücüsü xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.