Şamaxıda 31, Lerikdə 24 yaşlı qadın intihar edib

Şamaxıda 31, Lerikdə 24 yaşlı qadın intihar edib
# 04 may 2017 11:10 (UTC +04:00)

Şamaxı rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Qəniyeva Aynurə Əzizağa qızı yaşadığı evin mətbəxində sirkə turşusu içərək özünü zəhərləyib.

     

Valideynləri onu huşsuz, yerə yıxılmış vəziyyətdə görüb, təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar. Vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardımdan sonra A. Qəniyeva Bakıdakı Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Mərkəzdə onu xilas etmək mümkün olmayıb. Bu yaxınlarda həyat yoldaşından boşandığı bildirilən qadının intiharının səbəbi məlum deyil.

      

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Lerik rayonunda da intihar hadisəsi qeydə alınıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Küman kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü Qurbanova Gülsaman Ağasən qızı dərman içərək intihar edib. Onun meyiti müayinə olunmaq üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR