Fransada sağ-mərkəzçilər prezidentliyə namizədlərini müəyyənləşdirirlər

Fransada sağ-mərkəzçilər prezidentliyə namizədlərini müəyyənləşdirirlər
# 20 noyabr 2016 09:53 (UTC +04:00)

Bu gün Fransada sağ-mərkəzçi müxalifət prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilər keçirir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Respublikaçılar Partiyasının rəhbərlik etdiyi sağ-mərkəzçilərin ilkin seçkilər nəticəsində müəyyənləşdirəcəyi namizədi 2017-ci ildə keçiriləcək prezident seçkilərində sağ-mərkəzçilərin vahid namizədi olacaq.

İlkin seçkilərin birinci turu ilə əlaqədar bu gün yerli vaxta saat 8.00-da (Bakı vaxtı ilə 11.00) 10 mindən çox seçki məntəqəsi açılıb. Səsvermədə partiya mənsubiyyətindən asılı olmayaraq istənilən şəxs iştirak edə bilər. İlkin seçkilərin birinci turunda Respublikaçılar Partiyasının 6, Xristian-Demokrat Partiyasının 1 namizədi mübarizə aparır. İctimai rəy sorğularına əsasən, ikinci tura Bordo şəhərinin meri Alen Jyuppe və sabiq prezident Nikola Sarkozinin çıxmaq şansı var. Son həftələr namizədlər sırasında sabiq baş nazir Fransua Fiyyonun da şansının artdığı müşahidə edilir.

Səsvermə bu gün yerli vaxtla saat 19.00 (Bakı vaxtı ilə 21.00) başa çatacaq. Səsvermənin ikinci turu noyabrın 27-də təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR