Bakıda silah-sursat aşkarlanıb

Bakıda silah-sursat aşkarlanıb
# 13 fevral 2016 09:58 (UTC +04:00)

Bakı-APA. Bakı şəhərində silah-sursat aşkar edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Faiq Soltanovdan “Biow” markalı qaz tapançası və 11 ədəd patron götürülüb.

Faiq Soltanovun əvvəllər məhkum olunduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR