Ötən il Azərbaycanın sığorta bazarı 3,2% artıb

Ötən il Azərbaycanın sığorta bazarı 3,2% artıb
# 25 yanvar 2016 09:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 442,9 milyon manat sığorta haqqı toplanıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov ənənəvi keçirilən brifinqdə məlumat verib.

O. Bayramovun sözlərinə görə, bu göstərici 2014-cü illə müqayisədə 3,2% çoxdur.

"Ötən il sığorta şirkətlərinin ödənişləri isə 180,2 milyon manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən 14,7% çoxdur. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,7 manatı ödəniş edilib. Bu rəqəm 2014-cü ildə 36,6 manat olub", - deyə sədr qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR