Məmmədyarov: “Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir”

Məmmədyarov: “Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir”
# 07 mart 2016 10:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki son vəziyyət barədə həmkarına məlumat verdiyini söyləyib: “Həmkarım isə Cənubi Osetiya və Abxaziya məsələləri barədə məni məlumatlandırdı. Azərbaycan tərəfi hər görüşdə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ məsələsini müzakirə edir, mövqeyini bildirir. Mövqeyimiz isə ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü suverenliyi və sərhədlərin toxunulmazı çərçivəsində həll olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR