Azad Suriya Ordusu 13 kəndi azad edib

Azad Suriya Ordusu 13 kəndi azad edib
# 28 avqust 2016 20:10 (UTC +04:00)

Bakı-APA. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu Cerablus və Rai bölgələrində daha 13 kəndi terrorçulardan təmizləyib.


APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Cerablus bölgəsində 10, Rai bölgəsində isə 3 kənd Azad Suriya Ordusunun nəzarəti altına keçib.


Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR