İsveç Azərbaycanın Aİ ilə əməkdaşlığa dair hüquqi sənədlərin yenilənməsi təşəbbüsünü dəstəkləyir

İsveç Azərbaycanın Aİ ilə əməkdaşlığa dair hüquqi sənədlərin yenilənməsi təşəbbüsünü dəstəkləyir
# 10 fevral 2016 10:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "İsveç Avropa İttifaqının yaradıcısı olan əsas qrup ölkələrdən biridir. Biz "Şərq tərəfdaşılığı" proqramını önəmli hesab edirik".

APA-nın məlumatına görə, bunu İsveçin xarici işlər naziri Marqot Vallström Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında “Şərq Tərəfdaşlığı” proqramının iflasa uğraması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

O, bununla belə, hər bir ölkənin öz mövqeyi olduğunu bildirib: "Üzv ölkələrdən biri digər ölkələrə eyni münasibət sərgiləyə bilmir. Avropa İttifaqı tərəfindən bu ölkələrə maliyyə dəstəyi var. Hər bir tərəf bundan faydalanır. Biz tərəfdaşlıq məsləsində öhdəliyimizi yerinə yetirməliyik. Mən nazir olaraq bildirirəm ki, "Şərq tərəfdaşlığı"nın prioritetliyini qoruyacağam. Biz Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa dair hüquqi sənədlərin yenilənməsi təşəbbüsünü dəstəkləyirik. Bu sənədlər Azərbaycanla bizim birgə maraqlarımızı əks etdirməlidir”.

Nazir E. Məmmədyarov isə Aİ-yə strateji tərəfdaşlıq haqqında sazişlə bağlı təkliflər verdiyini xatırladıb və İsveçə bu təklifi dəstəklədiyi üçün təşəkkür edib.

Nazir Azərbaycanla Aİ arasında viza sadələşdirilməsinə dair sənəd imzalandığını, lakin bu istiqamətdə daha böyük işlərin görüşləsini istədiklərini qeyd edib: "İstəyirik ki, sadə vətəndaşlar da pasportla Aİ ölkələrinə rahat gedib-gələ bilsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR