Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edib

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edib
# 04 noyabr 2016 10:15 (UTC +04:00)

Gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonundan ümumilikdə 20-dən artıq sakin qatılıb.

Qəbulda gənclər, idman və digər sahələri əhatə edən mövzularla bağlı müraciətlər dinlənilib.

Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti aid olub. Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR