İranla Azərbaycan arasında sərhəd bölgələrində ekologiyanın qorunması ilə bağlı sənəd imzalanacaq

İranla Azərbaycan arasında sərhəd bölgələrində ekologiyanın qorunması ilə bağlı sənəd imzalanacaq
# 10 avqust 2016 09:54 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının katibliyi Bakıda fəaliyyət göstərəcək.

Bunu APA-nın İran bürosuna İran prezidentinin müavini, Ətraf Mühiti Qoruma Təşkilatının rəisi Məsumə Ebtikar deyib.

“Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ilə razılaşdıq ki, Xəzər dənizinin çirklənməsinin azaldılması və dənizin ətraf mühitinin qorunması məqsədi ilə iki ölkə müştərək iş aparsın. Həmçinin razılıq əldə olunub ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının katibliyi Bakıda fəaliyyətə başlasın və dənizin ətraf mühitinin qorunması sahəsində işlər icra olunsun”, - deyə o vurğulayıb.

M. Ebtikar deyib ki, sərhəd bölgələrinin ətraf mühitinin qorunması sahəsində əməkdaşlığı, ekspertlərin təlimləri və təcrübə mübadiləsi sahəsində sənəd imzalanacaq. “Ümid edirəm ki, prezident Həsən Ruhaninin Bakıdakı görüşündən sonra iki ölkə arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlıq daha da genişlənəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR