Rauf Mirqədirovun apellyasiya şikayətinə martın 18-də baxılacaq

Rauf Mirqədirovun apellyasiya şikayətinə martın 18-də baxılacaq
# 12 fevral 2016 12:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Jurnalist Rauf Mirqədirovun barəsində hökmdən apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı açıqlanıb. Jurnalistin vəkili Fuad Ağayev APA-ya açıqlamasında bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatına verilib.

Vəkil qeyd edib ki, məhkəmənin ilkin baxış iclası martın 18-i saat 15.00-a təyin edilib.


Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR