Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində kirayədə yaşayan, Neftçala sakini, 1996-cı il təvəllüdlü Elvin Rövşən oğlu Rəsulzadə hamamda çimərkən dəm qazından boğularaq ölüb.
E. Rəsulzadə Bakıda özəl şirkətlərdən birində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.