Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 05 may 2017 10:52 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S. Rüstəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, Bakı şəhər sakini Sədaqət Aslanovanın etibarından sui-istifadə edərək, onun həbsdə olan oğlu Elvin Aslanovun azadlığa buraxılması vədini verib. O, 12 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, S. Rüstəmov S. Aslanovanın evinin tikinti sənədlərinin rəsmiləşdirəcəyini və order alacağın vəd verib və qadının 3 min ABŞ dollarını alıb. 

S. Rüstəmov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR