Masallıda baş vermiş güclü yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Masallıda baş vermiş güclü yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 07 oktyabr 2015 15:08 (UTC +04:00)


Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda baş vermiş güclü yanğın söndürülüb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 7-də saat 13.30 radələrində rayonun Tatyan kənd sakini, 1969-cu il təvəllüdlü Süleyman Mikayıl oğlu Qurbanova məxsus təsərrüfatda qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən 3, əlavə olaraq qonşu Göytəpə şəhərindən isə daha bir yanğınsöndürən maşın, həmçinin canlı qüvvə səfərbər olunub.


Güclü alov dalğası ilə təqribən 3 saatdan yuxarı davam edən mübarizə sonda yanğının lokallaşdırılması ilə nəticələnib.

Yanğın zamanı xəsarət alan olmasa da, təsərrüfat sahibinə məxsus ümumi sahəsi 680 kvadratmetr olan tikili, o cümlədən 90 kv.m-lik şəxsi avadanlıq, 200 kv.m-lik toyuq-cücə saxlanılan yer və 390 kv.m-lik istifadəsiz mebel sexi yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.

***

15.29

Masallıda mebel sexində yanğın başlayıb

Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Tatyan kəndi ərazində yerləşən mebel sexində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən 3 və Göytəpə şəhərindən isə 1 yanğınsöndürən maşın, habelə canlı qüvvə səfərbər olunub.

Lakin hələlik yanğını lokallaşdırmaq mümkün olmayıb. Yanğınla mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR