® «Amor Info»–gənc, savadlı, təşəbbüskar Azərbaycan vətəndaşlarının Prezidentə dəstəyidir

<font color=red>® </font>«Amor Info»–gənc, savadlı, təşəbbüskar Azərbaycan vətəndaşlarının Prezidentə dəstəyidir
# 16 fevral 2016 07:38 (UTC +04:00)

Son illər Azərbaycanda xeyli informasiya-analitik, elə sadəcə, xəbər portalları yarandı, o cümlədən rus dilində. Biz, dinamizm və unikallığı ilə seçilən ən gənc saytları tapmaq üçün kiçik araşdırma apardıq.

"Amor Info" xəbər portalının baş redaktoru və qurucusu olan Natiq Əsgərovdan müsahibə götürdük. Söhbətin əsas mövzusunu əvvəlcədən danışmasaq da, əsasən, Azərbaycan cəmiyyətinin problemlərinə toxunduq: ölkədə post-neft dövrü, biznes mühitinin yaxşılaşdırılması üsulları, təhsil və s.

- Biz sizin masada aparıcı Amerika universitetinin məzun sertifikatını və Bakıda BMT nümayəndəlik sertifikatını görürük. Karyeranız və təhsiliniz haqqında bizə danışın.

- İlk növbədə göstərilən diqqətə görə, təşəkkürümü bildirmək istərdim. Azərbaycanda bir çox gənc xaricdə təhsil almağı arzulayır. Xaricdə təhsil həqiqətən də bilik və həyat təcrübəsi verir, bu da erkən bir karyera əldə etmək üçün özünə güvən üçün çox vacibdir. Lakin kifayət qədər zəngin deyil. Burda bizim gənclər, yaxınlarının nəzarəti altında vətənində təhsil almağa çalışırdılar, indi isə ABŞ-da - harada ki, mən təhsil almışam, onlar nəinki xaricdə biliklər alırlar, hətta gənclər xaricdə özlərinə diplom almamışdan əvvəl satıcı, ofisiant kimi işləyirlər. Bu, şübhəsiz ki, gələcəkdə özünü reallaşdırmaq üçün faydalıdır, axı sınaq insana həyatda düzgün yolu tapmağa imkan verir. Belə çətinliklə qazandıqları bilikləri qiymətləndirir. Bu, nəinki Azərbaycan gənclərinə, həm də inkişaf etmiş ölkələrdən olan gənclərə aiddir.

Şəxsi təcrübəmdən bir misal çəkim. Gördüyünüz bu sertifikatı Bakıdakı BMT nümayəndəliyindən yay tətilinə Bakıya gələndə almışdım. Tətil müddətində mən boş yerə vaxt sərf etməyib təcrübə yığmaq qərarına gəldim. Dostlarım məni qınayırdı ki, biz bir ildir, səni görmədik, amma sən bizimlə əylənməkdən qaçırsan. Onlara izah etməyə çalışdım ki, tələbələr xaricdə ildə üç ay istirahət etmirlər, yayda daim işləyirlər. 10 il əvvəl ABŞ-da məndən çoxları hansı ölkədən olduğumu soruşurdular və ölkəmi tanımayanda utanırdım. Qonşu kimdir, hansı materikdir? Hazırda sistem dəyişikliyi sayəsində Azərbaycan ABŞ-da və Avropada tanınır.

Burada ölkənin tanınması üçün beynəlxalq miqyaslı böyük siyasi, mədəni və idman tədbirləri keçirilib. Mahnı müsabiqəsi “Eurovision”, tarixdə ilk Avropa Oyunları, qarşıdakı yarışlar - “Formula - 1” və sair.

- Bildiyimizə görə, "Degolyer & Macnaughton", ölkənin aparıcı bankı olan ABB-da piar üzrə mütəxəssis kimi işləmisiniz. Azərbaycanda bankların sağlamlaşdırılması istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?

- Mən beynəlxalq ekspertlərin rəyləri ilə razıyam ki, Azərbaycan üçün 40 bank bu gün həddən artıq çoxdur. Bazar onların mövcudluğunu həzm edəcək qədər deyil. Mən ləğv etməni alqışlayıram. Hədsiz yüksək faizdən fiziki və hüquqi şəxslər əziyyət çəkirdilər. Vicdanlı əmanətçilərin pulunu və əmlakın itirməsinə səbəb olurdu.

Məsələn, "VTB-Azərbaycan" kimi iri banklar yeni “Müştəri dəstəyi” proqramı haqqında elan edib. Yəni, müştəri işini itirsə və ya minimum gəliri azalsa, onda onun üçün ödənişlərin məbləği kredit öhdəlikləri üzrə xeyli azalır. Əlbəttə ki, müştərinin ağır günündə onu dəstəkləmiş maliyyə müəssisəsinə etimadı artacaq. Və ya Türkiyənin Avropada geniş tanınmış "Ziraat bankı". Yerli bazarda böyük bankların yaranması yalnız ölkənin xeyrinədir.

- Əsas mövzuya keçək, bildiyimiz kimi, Noted Brands Brendinq sahəsində yaradıcılıq ilə məşğul olur. 2011-ci ildə «Anytime Invited» yarananda ilkin oxşar təşəbbüs şəxsən sizdən gəldi. "Amor Info" media sahəsində növbəti brendin yaradılması ideyası haradan gəlib?

- Brendinq sahəsində 6 ildən çox işləyirəm, 2011-ci il “Turizm ili” adlandırılıb. Hörmətli prezident ölkədə turizmin təməlini qoyub, biz isə ilk dəfə Noted Brands gənc kollektiv layihəsi çərçivəsində 2011-ci ildə turizm sahəsində ölkə rəhbərliyinin ideyasını dəstəkləyərək turizm sahəsinə dair yerli brendin yaranması təşəbbüsünü irəli sürdük. Digər sözlə, prezident turizmin təməlini qoyub, biz isə praktiki olaraq, ölkədə turizmin əsasını yaradacaq planı təklif etdik və «Anytime Invited» adlandırdıq (daha ətraflı http://www.1news.az/economy/20120417115957298.html).

Növbəti yaradıcılıq dəstəyimiz ölkə rəhbərinə media sahəsində oldu, ancaq bu halda biz nəinki təşəbbüs irəli sürdük, hətta onun yaradılmasına sərmayə qoyduq. Və gənc kreativ kollektiv olaraq ölkənin rəhbərliyi şərəfinə xəbər portalı «Amor Info» loqo «A İ – Aliyev İlham» yaratdıq (www.amorinfo.com). Prezident medianın dostudur, heç bir ölkədə jurnalistlərə pulsuz ev vermirlər və mətbuatın dəstəklənməsi üzrə dövlət fondunun yaradılması bu sahəyə prezidentin dəstəyidir.

Layihənin məhdud maliyyəsini nəzərə alsaq, bu gün “Amor İnfo”-da gənc jurnalist və frilanserlər çalışırlar. Lakin belə düşünürəm ki, gələcəkdə DF dəstəyi zamanı biz rus dilində işləyən peşəkar jurnalistləri işə cəlb edə bilərik, bu dildə informasiyaya tələbat kifayət qədər böyükdür, lakin ixtisaslı kadrlar azdır. Şübhəsiz ki, biz Azərbaycan versiyasının yaradılması üzərində işləyirik. Mən təbiətcə optimistəm və inanıram ki, «Amor Info» ölkə Prezidentinə yaradıcı gənclərin fəal şəkildə göstərilən dəstəyi olaraq, yaxın zamanda Azərbaycanda ən məşhur KİV-dən biri olacaq. Biz dezinformasiyadan, çirkin qalmaqallardan, böhtanlardan, sadəcə inanılmaz məlumatın dərcindən uzaq bir qurum kimi fəaliyyətimizi davam edirik.

- Bir sözlə, siz öz təşəbbüsləriniz ilə Prezidentə dəstəyiniz barədə danışaraq kreativ yanaşmanı tətbiq edirsiniz?

- Böyük siyasətçilərin adlarını aeroportlara, stadionlara, vağzallara və digər möhtəşəm tikililərə qoyurlar. Məsələn, Hyustonda hava limanı Corc Buşun adını daşıyır. Ərəb Əmirliklərində dünyada ən yüksək "Burc – Xəlifə" binası Xəlifa ibn Zayd Al Nəhəyyanın şərəfinə qoyulub. Üstəlik bir çox Avropa ölkələri prezidentlərinin rəsmi brend menecerləri var. Onlar çıxışları, ərizələri redaktə edirlər, seçkiqabağı təşviqat və seçki kampaniyasında aktiv iştirak edirlər.

- Yerli istehsalçının təşviqi strategiyası kimi bu yaxınlarda «Made in Azerbaijan» brendi qəbul edilib, bu haqda fikrinizi bilmək istərdik.

- Digər tərəfdən baxaq. Dəyəri yüksək manat yerli istehsal üçün heç vaxt stimul ola bilməz. Bizim məhsul bu göstərici üzrə digər ölkələrin bazarlarına yol verərdi. Məsələn, Kənd təsərrüfatı məhsulları. Yeri gəlmişkən bizim məhsul keyfiyyəti ilə məşhurdur və «Made in Azerbaijan» etiketi həmin MDB ölkələrində ancaq onun alınmasını stimuldur.

Xarici dövlət borcunun aşağı səviyyədə olması və dövlət neft fondunun rezervləri qlobal böhran zamanı bizə müəyyən üstünlüklər verir. Kütləvi özəlləşdirmənin həyata keçirilməsinin elan olunması, Apellyasiya Şurasının yaradılması və kənd təsərrüfatının dəstəklənməsi, güzəştli kreditlər, sahibkarlar üçün biznes mühitinin yaxşılaşdırılmasına yönəlib. Prezidentimiz yerli məhsul almağa çağırıb və bu da cəmiyyət üçün gözəl nümunədir, ilk növbədə yerli məhsullara dəyər verin. Bu, yerli istehsala və sahibkarlara ən yüksək dəyərdir.

İqtisadiyyat Nazirliyinin planlarına əsasən, 1,5 mlrd. manat dəyərində ümumi layihə hazırlanıb. Həmin sənəd 150 layihəni əhatə edəcək və bütün bölgələrə yayılacaq. Mən çox dərinə getmək istəməzdim, lakin təklif olunan tədbirlər, güzəştli kreditlər iş adamlarına dəstəyi artıracaq, bölgələrdə işsizliklə mübarizədə, ölkədə bütövlükdə iqtisadiyyatın canlanmasına kömək edəcək.

Bakı - Tbilisi - Qars marşrutu üzrə dəmir yolu tikintisinin layihəsi, yeni dəniz limanının və Ələtdə Dubaydakı kimi azad iqtisadi zonanın yaradılması ölkənin neft gəlirlərindən asılılığı azaldaraq, milyardlarla gəlirləri cəlb edəcək.

Yeri gəlmişkən Dubayda Cebel - Ali portu dünyada ən böyük süni dərinsulu limandır - səhrada inşa edilib, Ələtdə isə nəinki yeni dəniz limanı, həm də sənaye və infrastruktur bazası, nəqliyyat qovşağı artıq var, dəmir yolunun Şimal-Cənub və Qərb-Şərq istiqamətində ayrılır.

- Siz yerli istehsalın stimullaşdırılması haqqında danışırsınız. Brend-menecer kimi, yerli məhsulların xarici bazarlara çıxması üçün hansı konkret tədbirlər görülməsini təklif edə bilərsiniz?

- Bu yaxınlarda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mardın müsahibəsini oxudum. O, müsahibəsində bizim məhsulların yüksək keyfiyyəti barədə danışıb, lakin distubutor məsələləri də yaddan çıxarmayıb. Təəssüf ki, bu məsələdə şirkətlər qənaət edirlər. Halbuki bu, müasir ticarətdə başlıca amildir. Ticarət və satış sahəsinə ixtisaslı mütəxəssisləri götürmürlər. Şəxsi təcrübəmdən də deyim ki, təbii içkilərin satışı üzrə iki il yerli şirkətdə çalışmışam. Yüksək keyfiyyətli məhsul olaraq, il yarım ərzində mən həmin şirkət üçün xarici bazara 250 min dollar dəyərində məhsul satmışam. Həmin xarici şirkətin sənədli təsdiqini, işimin referens nəticəsini verməyə hazıram. Mən bir daha vurğulayıram ki, sahibkar tərəfindən lisenziyaların alınması və sadələşdirilməsindən başlayaraq, dövlət bu sahənin canlanması və ixracı üzrə bütün lazımi tədbirləri görür.

Bürokratik müdaxilələrin aradan qaldırılması üçün iş adamlarının işinə Prezident yanında adı çəkilən Apelyasiya Şurasının yaradılması, sertifikatın verilmə müddətinin 3 gündən 1 günə salınması vacib tədbirlərdir.

Lakin sahibkarlardan çox şey asılıdır, bəzi hallarda isə istehsal edilən məhsula tələbat və rentabellik öyrənilmir, araşdırma aparılmır. Onlar avadanlıq alırlar və istehsal olunan məhsulun satışı zamanı problemlər yaranır. Marketlərdə müxtəlif müəssisələrin yerli süd və şirə məhsullarının geniş çeşidi xeyli sevindirir. Deməli, məhsul ixrac etmək imkanları var.

- Son olaraq, turizm haqqında. Fikrinizcə, bu sahədə vəziyyət 2011-ci ildən indiyədək dəyişib?

- Ötən il həmyerlilərimiz Gürcüstana istirahətə axın edirdilər. Bu, ölkə gəlirlərinin real göstəricisi idi, hərçənd onu müxtəlif cür qəbul edirdilər. Niyə də yox? Hər kəs yeni ölkələr görmək istəyir. Almanlar, fransızlar, ingilislər, turist kimi hər il başqa ölkələrə gedirlər. Bu, o demək deyil ki, onların öz ölkəsində turizm yerləri yoxdur.

Yeri gəlmişkən, devalvasiya turizmin inkişafı üçün müsbətdir. Əgər əvvəllər turistlər üçün oteldə nömrə orta hesabla 80 dollar idisə, indi - bu, təxminən 50 dollardır və turistlərin gəlməsi üçün bu, müsbət haldır. Amma ən müasir üsullarla turistlərin cəlb olunması sahəsində daim işləmək lazımdır. Bizim artıq beynəlxalq səviyyəli bir çox ticarət mərkəzimiz var və onların sayı artır. Bu, istirahətlə "shoppingi" birləşdirən turistlərin cəlb olunması üçün müsbət yanaşmadı. Tezliklə Bakıda yeni iri ticarət-əyləncə mərkəzi açılacaq - «Ganjlik Mall».

Böhranlı vəziyyətin reallıqlarına uyğunlaşa bilməyən kiçik mağaza sahibləri öz kirayə haqlarını aşağı salmırlar, bununla isə yalnız özlərinə ziyan edirlər. Hətta dünya səviyyəli maliyyə maqnatları xərcləri azaldır və hər şeyə qənaət edirlər.

Konkret turizmə gəldikdə, qışda dağ-xizək turizm kompleksi “Şahdağ”ın sağlam həyat tərzi keçirənlərlə dolması çox xoşdur. Qış kurortu Qəbələdə də var. Lakin hətta daxili turizmi inkişaf etdirmək üçün ölkədə ucuz hotellərin saytını artırmaq lazımdır. Bundan başqa, Bakıda yay mövsümündə istirahətin təşkili üçün də tədbirlər görmək olar. Məsələn, regionu sahillərə bölüb, potensial investorları bir neçə illiyə vergidən azad etmək mümkündür. Yeri gəlmişkən, belə bir təcrübə Türkiyədə var. Bir sözlə, bünövrə və baza olsa da, hələ çox iş görülməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR