2015-ci ildə Azərbaycanda 63,1 min nikah və 11,7 min boşanma halları qeydə alınıb

 2015-ci ildə Azərbaycanda 63,1 min nikah və 11,7 min boşanma halları qeydə alınıb
# 19 yanvar 2016 14:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2015-ci il ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 63,1 min nikah və 11,7 min boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,3 təşkil edib.

Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2494 nəfər gələn və 1082 nəfər ölkədən gedən qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR