Azərbaycan BMT-ə cavab verib: Ermənistan bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb

Azərbaycan BMT-ə cavab verib: Ermənistan bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb
# 07 avqust 2023 22:39 (UTC +04:00)

Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil eksperti tərəfindən “Laçın yolu” ətrafında vəziyyət ilə bağlı yayılmış bəyanata şərhində bildirilib.

Bildirilib ki, eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.

Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlardan çəkinilməsi və təhlükəsiz keçidə zəmamət verilməsinə dair çağırışlara baxmayaraq Ermənistan tərəfi yenə də təxribatlarını davam etdirib.

Bütün bu təxribatlara baxmayaraq, Azərbaycan tərəfi BQXK tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR