Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyanın üçüncü iclasının tarixi açıqlanıb

Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyanın üçüncü iclasının tarixi açıqlanıb
# 24 oktyabr 2022 13:55 (UTC +04:00)

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə növbəti ikitərəfli komissiyanın iclası çərçivəsində Brüsseldə görüşəcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Mqer Qriqoryanın ofisindən açıqlama verilib.

Görüş noyabrın ilk həftəsində baş tutacaq. Danışıqlarla bağlı digər detallar açıqlanmır.

Xatırladaq ki, sərhəd komissiyasının buna qədər iki görüşü keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR