Azərbaycanın Dağlıq Qarabağ qeyd-şərti ilə bağlı qoşulduğu sənədlərin dəyişdirilməsi üçün MM-də İşçi Qrupu yaradılması təklif olunub

Zahid Oruc

© APA | Zahid Oruc

# 30 sentyabr 2021 11:48 (UTC +04:00)

“Prezident İlham Əliyev qələbədən dərhal sonra - 20 noyabrda Əlaqələndirmə Qərargahı yaradıb. Burada 17 istiqamət üzrə bir çox sahələrin nümayəndələri təmsil olunur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Deputat bildirib ki, “Böyük Qayıdış”a dair parlamentin də üzərinə böyük yük düşür: “Bizim qanunvericilik aktlarında “Dağlıq Qarabağ”la bağlı qeyd olan onlarla sənəd var. Təklif edirəm ki, parlamentdə bununla bağlı İşçi Qrup yaradılsın və Dağlıq Qarabağ qeyd-şərti ilə bağlı qoşulduğumuz bütüm beynəlxalq sənədlər dəyişdirilsin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR