Azərbaycanın Efiopiyadakı yeni səfiri etimadnaməsinin surətini XİN-ə təqdim edib

Azərbaycanın Efiopiyadakı yeni səfiri etimadnaməsinin surətini XİN-ə təqdim edib
# 26 dekabr 2023 14:06 (UTC +04:00)

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasına yeni təyin olunan səfiri Ruslan Nəsibov etimadnaməsinin surətini Efiopiya Xarici İşlər Nazirliyinin Protokol Məsələləri üzrə baş direktoru səfir Melaku Bedada Senbetaya təqdim edib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, təqdimatdan sonra aparılan söhbət zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda həyata keçirilən uğurlu əməkdaşlığın davam etdirilməsi, həmçinin siyasi, iqtisadi-ticari, humanitar və turizm sahələrində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR