Azərbaycanın irəli sürdüyü “peyvənd millətçiliyi”nə qarşı qətnamə BMT Baş Assambleyasında qəbul edilib

Azərbaycanın irəli sürdüyü “peyvənd millətçiliyi”nə qarşı qətnamə BMT Baş Assambleyasında qəbul edilib
# 17 dekabr 2021 11:11 (UTC +04:00)

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir.

APA-nın məlumatına görə, 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha “peyvənd millətçiliyi”ni, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı qeyri-bərabərliyi tənqid etmiş və bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunması ilə bağlı Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasında qətnamənin irəli sürüləcəyini elan edib.

Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə 2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul edilib.

Bu qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət bir daha Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini dəstəklədiyini nümayiş etdirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR