Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirə aparılıb

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirə aparılıb
# 29 sentyabr 2021 18:37 (UTC +04:00)

“Azərbaycan ənənəvi olaraq bizim üçün çox vacib bir iqtisadi tərəfdaşdır”.

APA-nın xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Azərbaycan-Gürcüstan birgə hökumətlərarası komissiyasının iclasından sonra Gürcüstanın iqtisadiyyat naziri Natia Turnava deyib.

O bildirib ki, son illərdə Azərbaycan Gürcüstanın bir nömrəli investoruna çevrilib və bu illərdə Gürcüstana ümumilikdə 2,6 milyard dollar həcmində sərmayə qoyub.

N. Turnava qeyd edib ki, Azərbaycan Gürcüstanın ilk on ticarət tərəfdaşından biridir və pandemiyaya baxmayaraq cari ilin səkkiz ayı ərzində Gürcüstanla xarici ticarət dövriyyəsinin həcminə görə beşinci yerdədir.

N. Turnava Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirə aparıldığını vurğulayıb: “Komissiyanın uzun müddətdən sonra keçirilməsi yaxşı haldır. Bu, hər iki tərəfin iqtisadi əməkdaşlığı daha da gücləndirməyə hazır olduğunu göstərəcək. Qarşılıqlı ticarət dövriyyəsinin, o cümlədən Gürcüstanın Azərbaycana ixracının necə artırılacağını müzakirə etdik. Bura tikinti, metallurgiya, kənd təsərrüfatı və qida sənayesi məhsulları daxildir".

Nazir Azərbaycanın Gürcüstanın bir nömrəli enerji tədarükçüsünə çevrildiyini və iclasda bu istiqamətdə də müzakirələr aparıldığını diqqətə çatdırıb: "Onlara Qara dənizin dibi ilə yüksək gərginlikli ötürücü kabel layihəsinin hazırlanması, bununla da Avropa bazarına qoşulma planlarımız barədə məlumat verdik və bu layihədə iştirak etməyə dəvət etdik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR