Azərbaycanla İran arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycanla İran arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib - FOTO
# 22 yanvar 2022 13:45 (UTC +04:00)

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Məhəmməd Rza Aştiani ilə görüşüb.

Bu barədə APA-ya Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın və İranın dövlət rəhbərlərinin əlaqələrə göstərdiyi xüsusi diqqət vurğulanıb və iki ölkənin sıx münasibətlərindən məmnunluq ifadə olunub.

Azərbaycan və İranın dost və yaxın qonşu ölkə olaraq əməkdaşlığının bütün sahələrdə davam etdirilməsinin zərurəti qeyd olunub, müdafiə, hərbi və hərbi-texniki sahədə gündəmdə olan məsələlər müzakirə olunub, səmərəli əməkdaşlığın daha da gücləndirilməsi perspektivləri, qarşılıqlı səfərlərin təşkil olunması, təcrübə mübadiləsinin artırılması və birgə layihələrin icra olunması haqqında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR