Bakıda "Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masa keçirilib - FOTO

Bakıda "Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masa keçirilib - FOTO
# 08 avqust 2023 10:59 (UTC +04:00)

Bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycan - Özbəkistan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masa keçirilib.

APA xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini Şerzod Feyziyev və digər şəxslər iştirak edib.

BMTM rəhbəri Fərid Şəfiyev Özbəkistan-Azərbaycan münasibətlərinin sürətli inkişafına toxunub və qardaş Özbəkistanın ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəklədiyini diqqətə çatdırıb: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikinti və bərpa işlərində Özbəkistanın dəstəyini hər zaman hiss edirik”.

BMTM aparıcı məsləhətçisi Nağı Əhmədov isə Heydər Əliyevin xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının heç də az əhəmiyyət kəsb etmədiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Özbəkistan əlaqələrinin inkişafı Avropa və Asiya üçün olduqca əhəmiyyətlidir, bu səbəbdən də ölkələrimiz müxtəlif nəqliyyat və logistika layihələrində birgə iştirak edirlər.

Dəyirmi masa iştirakçıları ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivli istiqamətlərinin müəyyən edilməsi, habelə onların həyata keçirilməsi üçün konkret təklif və təşəbbüslərin işlənib hazırlanması kimi məsələlər ətrafında müzakirələr aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR