Türkmənistan parlamentinin vitse-spikeri Milli Məclisdə olub

Türkmənistan parlamentinin vitse-spikeri Milli Məclisdə olub
# 01 noyabr 2016 16:08 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

Parlamentdən APA-ya verilən məlumata görə, Q. Bayramova Milli Məclis sədrinin müavini Valeh Ələsgərovla görüşüb.

Görüşdə Q. Bayramova bildirib ki, nümayəndə heyətinin bu səfəri BMT-nın layihəsi çərçivəsində həyata keçirilir və torpaq islahatları ilə bağlıdır.

V. Ələsgərov isə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, hökumətlərarası komissiyanın daha aktiv fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. O, həmçinin Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı görülən işlər barədə məlumat verib. Vitse-spiker ölkəmizin problemin sülh yolu ilə, BMT qətnamələri əsasında həllinə tərəfdar olduğunu vurğulayıb və bu məsələdə Türkmənistanın dəstəyinə inamını ifadə edib.

Sonra qonaqlar Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, habelə Aqrar siyasət komitəsinin üzvləri ilə görüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR