Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbrahim Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ. Əmirov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ. Əmirov aralarındakı münaqişə zəminində həyat yoldaşı Ruziyyə Əmirovaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan R. Əmirovanı xilas etmək mümkün olub.