Baş nazir: Gəncədə keçiriləcək III MDB ölkələri Oyunları humanitar qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə kömək edəcək

Baş nazir: Gəncədə keçiriləcək III MDB ölkələri Oyunları humanitar qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə kömək edəcək
# 18 dekabr 2023 12:48 (UTC +04:00)

İdman sahəsində qarşılıqlı fəaliyyət humanitar əlaqələrin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib.

Əli Əsədov qeyd edib ki, idman yarışları sırf idman xarakteri daşısalar da, eyni zamanda, millətlərarası dialoqun möhkəmləndirilməsinə və xalqlar arasında etimad və qarşılıqlı anlaşma ab-havasının yaradılmasına xidmət edir:

“Biz 2025-ci ildə Azərbaycanın ikinci böyük şəhəri Gəncədə keçiriləcək III MDB ölkələri Oyunlarına məhz bu prizmadan baxırıq. Əminəm ki, bu Oyunlar gələcəkdə də MDB çərçivəsində humanitar qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə və inkişafına kömək edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR