Baş nazir: İslamofobiyanın səbəbini araşdırmağımız problemin həll edilməsi demək deyil

Baş nazir: İslamofobiyanın səbəbini araşdırmağımız problemin həll edilməsi demək deyil
# 08 mart 2024 15:13 (UTC +04:00)

Statistikaya əsasən, ABŞ-də müsəlmanlara qarşı nifrət cinayətləri əvvəlllər 25 faiz idi, 2000-ci ildən bu yana isə rəqəmlər artmaqdadır.

APA xəbər verir ki, bunu İslamabad və Londondakı "Müsəlman İnstitutu" Tədqiqat Mərkəzinin sədri, Cunaqad əyalətinin baş naziri Sultan Ahmet Ali Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.

"Ümumiyyətlə, XXI əsrdə çox geniş vüsət alan islamofobiyanın səbəbini araşdırmağımız problemin həll edilməsi demək deyil. İlk növbədə, islamofobiya haqqında məlumatsızlıq aradan qaldırılmalıdır. Məsələn, islamofob düşüncə daha çox İslamdan, müsəlmanlardan xəbərsiz olan kəsim arasında çox geniş yayılır", - o deyib.

Sultan Ahmet Alinin sözlərinə görə, ilk növbədə, tələbələrə islami dəyərlər olduğu kimi təlqin edilməlidir:

"Bu çox vacib məqamdır. Tələbələr islam haqqında həqiqi bilgiyə sahib olmalıdır. Bunun üçün öz ölkələrimizin universitetlərində sufi təhsili keçirilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR