BƏƏ Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib - YENİLƏNİB

BƏƏ Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib - YENİLƏNİB
# 08 yanvar 2024 18:14 (UTC +04:00)

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib.

APA xəbər verir ki, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

***

17:42

Ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

APA xəbər verir ki, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əkil qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR