Belçikalı nazir Azərbaycana təşəkkür edib

Belçikalı nazir Azərbaycana təşəkkür edib
# 24 avqust 2023 18:05 (UTC +04:00)

Belçika XİN rəhbəri Azərbaycana təşəkkür edib.

APA xəbər verir ki, Belçikanın xarici işlər naziri Hadca Labib Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə bildirib ki, hazırkı mürəkkəb geosiyasi dönəmdə tərəfdaşların bir-birinə kömək etməsi vacibdir: “Mən həmçinin Azərbaycana təşəkkür edirəm ki, Ukraynaya yardım edib və edir. Biz bilirik ki, Ukraynada bəzi məktəblər Azərbaycanın yardımı sayəsində bərpa olunub. Cənab nazir özü Ukraynaya yardımla bağlı konfransda şəxsən iştirak edib. Biz bu yardımı təqdir edir və təşəkkür edirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR