Bakı – APA. BMT-nin yeni baş katibi Antonio Qutyerres ABŞ və Rusiyanı dünyanın mərkəzi ölkələri sayır və onları yaxınlaşdırmaq üçün çalışmağa hazırdır.
APA-nın xəbərinə görə, A. Qutyerres bunu “RİA Novosti”yə açıqlamasında deyib. “Mən üzv dövlətlər arasında etimadı artırmaq və dəstəkləmək üçün hər şeyi etməkdən şad olacağam. Əlbəttə, ABŞ və Rusiya indiki dünyada mərkəzi dövlətlərdir. Mən çox şadam ki, Suriya ilə bağlı danışıqlar yenidən başlayacaq. Mən bu iki dövləti, eləcədə digər ölkələri birləşmək üçün hər zaman ruhlandıracağam. Əminəm ki, əgər bu iki ölkə yaxınlaşsa, onların digərlərini də səfərbər etmək və fikir ayrılıqlarını aradan qaldırmağın mümkünlüyünə inandırmaq imkanları böyükdür”.
Qeyd edək ki, A. Qutyerres 2017-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.