BMT-nin ali nümayəndəsi: Dünyada sülhün qurulması konsepsiyası yenidən işlənilməlidir

BMT-nin ali nümayəndəsi: Dünyada sülhün qurulması konsepsiyası yenidən işlənilməlidir
# 14 mart 2024 11:36 (UTC +04:00)

“Azərbaycanla əməkdaşlıqdan qürur duyuruq”.

APA-nın xəbərinə görə, bunu bu gün XI Bakı Qlobal Forumun rəsmi açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos bildirib.

Migel Angel Moratinos deyib ki, Qlobal Bakı Forumu ən tanınmış beynəlxalq forumlardan birinə çevrilib, ən yaxşı beyin mərkəzləri bura toplanır: “Bizə güclü dünya nizamı lazımdır. Bacarıqsızlıq, rəhbərlik xüsusiyyətinin olmaması qlobal dünyanı sarsıtmaqda davam edir. Dünyada sülhün qurulması konsepsiyası yenidən işlənilməlidir. Danışıqlar zəiflik əlaməti deyil, danışıqlar ciddi olmalı, nəticələrə yönəlməlidir. Biz danışıqları mövcud vəziyyəti dondurmaq yox, problemi həll etmək üçün aparmalıyıq. Ukrayna və Qəzzadakı vəziyyət dünyanı narahat edir. Bu, qlobal nizamın işləmədiyini göstərir. Toqquşmalar davam edir, multikulturalizm parçalanmış vəziyyətdədir. Bu məsələlər Şərq və Qərb arasında danışıqlar yolu ilə həllini tapmalıdır. Biz multikulturalizmi təşviq etməli, mövcud beynəlxalq təchizatları gücləndirməliyik. Sülh əslində BMT Nizamnaməsinin onurğa sütunudur. BMT Nizamnaməsi əsasında prinsiplər istənilən beynəlxalq fəaliyyətin əsasını təşkil etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR